İRNA-nın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, Həmdan əlavə edib: “Amerika hökumətinin HƏMAS-ı Qəzzada müvəqqəti atəşkəs rejimini pozmaqda ittiham etməkdə və bu zolağa qarşı müharibə və cinayətləri bərpa etməkdə israr etməsi sionistlərin uydurmalarını dəstəklək istiqamətində həyata keçirilir.”
Həmdan qeyd edib ki, işğalçı İsrail rejimi 70 gündən artıqdır ki, Fələstin xalqına qarşı amansız müharibəsini davam etdirir.
O, “müasir nasistlərin Cəbəliyyədə 100-dən çox insanın şəhid olmasına səbəb olan cinayətlər törətdiklərini” bildirərək vurğulayıb: “Qəzzaya qarşı 73 günlük müharibə zamanı 19 minə yaxın insan şəhid olub.”
“Eylatdan Aqabaya və digər ərazilərə əks miqrasiyanı izləyirik”-deyə, o, bildirib.
Onun sözlərinə görə, düşmənlə güzəştə getməyə ümidvar olanlar üçün Qəzzadan açıq mesajlar var.
HƏMAS rəsmisi deyib: “Yenə də İslam ümmətinin başçıları və rəhbərlərindən iki milyondan çox fələstinlinin həyatını xilas etmək üçün Qəzzaya rəsmi və ictimai heyətlər göndərmələrini istəyirik.”
Həmdan: ABŞ hökuməti Fələstin xalqına qarşı cinayətdə əsas ortaqdır
18 dekabr 2023 at 23:52
Xəbər kodu:
85326105
Tehran - İRNA - HƏMAS-ın Siyasi Bürosunun üzvü Usamə Həmdan bazar ertəsi axşam saatlarında deyib: “Amerika hökuməti Fələstin xalqına qarşı cinayətdə və xalqımızın qanını tökməkdə əsas ortaqdır.”
Sizin rəyiniz