Amerikanın son mövqeyi və İsrail rejiminin limanlarına gedən bu rejimin gəmilərini qorumaq üçün dəniz koalisiyasının yaradılacağını açıqlaması bizi təəccübləndirmədi. Çünki əvvəldən Qəzza xalqına qarşı təcavüzün əsas təşkilatçıları onlar idi və onlar Yəmən raket və pilotsuz təyyarələrinin düşmən İsraili vurmasının qarşısını almaq üçün çalışıblar və hələ də çalışırlar.
Yəmənin mövqeyi ilə bağlı onu da qeyd etməliyik ki, Ənsarullah Hərəkatının lideri Əbdülməlik Bədrəddin əl-Husinin Qəzzadakı qardaşlarına tam dəstək vermək qərarı bizim dini, insani, mənəvi dəyərlərimizə söykənən prinsipial mövqe olub və bu qərar Qəzza əhalisinin yardım istəyi və əziz Yəmən xalqının tələbinə cavab olaraq qəbul edilib.
Dəniz qüvvələrimiz Allahın köməkliyi ilə düşmən gəmilərini və ya düşmən limanlarına doğru hərəkət edən gəmiləri izləməyə davam edir. Bu iş, ABŞ-ın dəstəyi ilə Qəzzada insanlarımızın öldürülməsinə dair təcavüz bitənə, Qəzzanın blokadası qaldırılana və ərzaq, dərman və digər ləvazimatların bu zolağa daxil olmasına icazə verilənə qədər davam edəcək. Dünyanın bütün gücləri bizə qarşı düzülsə belə, Qəzzada məzlum qardaşlarımızı dəstəkləməyimizə heç kim mane ola bilməz.
Vaşinqtonun Vyetnam, Koreya, Livan, Əfqanıstan, Somali, İraq və Yəməndə apardığı propaqanda və ABŞ hökumətlərinin son onilliklərdə tətbiq etdiyi proxy müharibə üsulları artıq köhnəlib.
Sizin rəyiniz