21 dekabr 2023 at 21:51
Jurnalist kodu: 5487
Xəbər kodu: 85329398
T T
0 Persons

Tags

Əmir Abdullahiyan ilə İƏT Baş katibi arasında telefon danışığı olub

Tehran - İRNA - Xarici İşlər naziri İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə telefon danışığında işğal olunmuş Fələstindəki son vəziyyəti, sionist rejimin Qəzza zolağına qarşı son təcavüzləri ilə bağlı hadisələri, həmçinin İslam Əməkdaşlıq Təşkilatının bununla bağlı addımlarını müzakirə edib və fikir mübadiləsi aparıb.

İRNA-nın məlumatına görə, Hüseyn Əmir Abdullahiyan bu gün axşam saatlarında İƏT Baş katibi Hüseyn İbrahim Taha ilə telefon danışığında sionist rejimin indiyədək 20 minə yaxın Qəzzə sakininin, o cümlədən çoxlu sayda günahsız qadın və uşağın şəhadətinə səbəb olan davamlı hücum və təcavüzlərini pisləyib, bunu müharibə cinayəti, insanlığa qarşı cinayət və soyqırımın bariz nümunəsi adlandırıb, bu hücumları dayandırmaq üçün beynəlxalq ictimaiyyəti, xüsusilə İslam Əməkdaşlıq Təşkilatını daha ciddi addım atmağa çağırıb.

İƏT Baş katibi Hüseyn İbrahim Taha da bu telefon danışığında sionist rejimin Qəzzaya qarşı davam edən hücumlarından narahatlıq ifadə edib və bu hərəkəti pisləyib, Sammitin son qərarları əsasında İslam Əməkdaşlıq Təşkilatı və Katibliyin fəaliyyət və addımları haqqında məlumat təqdim edib, İran İslam Respublikasının bu sahədəki fəaliyyət və təşəbbüslərini alqışlayaraq, İslam Əməkdaşlıq Təşkilatının ölkəmizlə əməkdaşlığını inkişaf etdirməyə hazır olduğunu bildirib.

Sizin rəyiniz

You are replying to: .