İRNA-nın cümə günü səhər saatlarında verdiyi məlumata görə, “Reuters” yazıb: “Qırmızı dənizdə gərginliyin artması gəmiçilik şirkətlərinin Qırmızı dəniz və Süveyş kanalından yük daşıya bilməməsinə səbəb olub. Çünki bu marşrutdan keçmək üçün əvvəlcə Bab əl-Məndəb boğazından keçməlidirlər. Halbuki, əvvəllər bu dəniz kanalı qlobal tədarük zəncirində və malların daşınmasında çox mühüm və həyati rola malik idi.
Hazırda Qırmızı dənizi və Süveyş kanalını keçən gəmilər mallarını təyinat yerinə çatdırmaq üçün Afrika qitəsini dövrə vurmalı olurlar. Onlar təxminən 10-14 gün daha artıq yol getməlidirlər. Malların daşınması xərclərini artırmaqla yanaşı, bu məsələ son nəticədə qlobal təchizat zəncirlərində fasilələrə səbəb ola bilər.”
Sizin rəyiniz