Əl-Buhəysi müraciətində Fələstin xalq müqavimətinin salamlarını İran xalqına və İslam İnqilabının Rəhbərinə çatdıraraq vurğulayıb: “Siz İran xalqı Fələstin və Məscidül-Əqsa məsələsində sabitqədəm dayanan yeganə xalqsınız və bu dəstəyə görə ən ağır sanksiyalara, təzyiqlərə məruz qalmısınız.”
Xanım Buhəysi deyib: “Mən sizin görüşünüzdə iştirak etmirəm, amma müraciətimi eşidirsiniz. Mənim sözüm budur: İndiyə qədər Fələstin xalqını dəstəklədiyiniz kimi, yenə öz dəstəyinizi davam etdirin. Əgər bütün İslam ölkələrinin mövqeyi və müqaviməti İran kimi olsaydı, indiyə qədər Fələstin torpağı azad olardı.”
Videomüraciətin digər hissəsində xanım Əl-Buhəysi deyib: “Mənim sağ qalıb-qalmamağım məlum deyil, ola bilsin, Allah mənə şəhadət nəsib etdi, ancaq sizdən bir xahişim var: Fələstin və Qəzza xalqını tək qoymayın və bilin ki, Allah bizimlədir.”
Sizin rəyiniz