İRNA-nın müdafiə şöbəsi müxbirinin verdiyi məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun Quds qüvvələrinin komandanı General İsmayıl Qaani cümə günü axşam Şəhid Hüseyn Purcəfərinin anım mərasimində deyib: Bu gün bütün regionda müqavimətin özünəməxsus müstəqil və münasib strukturu var. Müqavimət qrupları addım-addım böyüdü və bu gün regional səviyyədə müqavimət cəbhəsinin bütün quruluşları öz qərar və seçimlərinin sahibidir.
General Qaani davam etdi: Bu dövrdə Fələstin müqaviməti sionist rejimin Fələstinin müsəlman xalqına qarşı törətdiyi iri miqyaslı cinayətlərə görə, öz tədbiri və hazırladığı proqramla və ilk dəfə olaraq bu mərhələdə işə başladı. Onlar özləri tədbir tökərək, addım-addım tədbirlə və proqrqamla etdikləri hər şeyi həyata keçirdilər və bunu necə də gözəl etdilər.
İslam İnqilabı Keşikçiləri Korpusu Qüds Qüvvələrinin komandanı sionist rejim rəhbərlərinə xatırladıb: Siz şəhid Rəzi Musəvini ona görə qətlə yetirirsiniz ki, siz Qəzzə döyüş meydanında heç nə əldə edə bilmədiniz və İran sizin planlarınıza cəlb olunmayacaq. Müharibə başlayandan bəri sionist rejim və ABŞ nə kimi nailiyyətlər əldə edib? Onların peşəsi ancaq günahsız qadın və uşaqları öldürməkdir.
O, amerikalılara dedi: Əgər siz İraqdakı məntiqsiz davranışlarınıza davam etsəniz, İraq müqaviməti mülahizələrini bir kənara qoyub sizə başqa bir cavab verəcək.
Sizin rəyiniz