İRNA-nın çərşənbə axşamı verdiyi xəbərə görə, sionist "i24" telekanalı bununla bağlı bildirib ki, işğal rejiminin xarici işlər nazirliyinin nümayəndə heyəti Misirin Qırmızı dənizdə ABŞ-ın rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulması imkanlarını müzakirə etmək üçün ötən həftə Qahirəyə gedib.
Bu media Misirin Amerika dəniz koalisiyasında effektiv iştirakdan imtina etdiyini açıqlayıb.
Bəhreyn Qırmızı dənizdə Amerika koalisiyasında iştirak edən yeganə ərəb ölkəsidir. Bu koalisiya Yəmən ordusunun sionist rejim gəmilərinə qarşı əməliyyatları ilə üzləşmək bəhanəsi ilə yaradılıb.
Amerika Yəmən ordusunun Qırmızı dənizdəki əməliyyatına qarşı çıxmaq üçün dəniz koalisiyası yaratdığını iddia etsə də, Fransa, İspaniya və İtaliya bu ittifaqdan çıxdıqlarını təsdiq edərək, hərbi gəmilərini ABŞ komandanlığına verməkdən imtina ediblər.
Sizin rəyiniz