İRNA-nın məlumatına görə, UNRWA agentliyi öz statistikasına əsaslanaraq əlavə edib: Ən azı 300 fələstinli qaçqın sığındıqları yerlərdə belə asayişdə olmayıb və İsrail ordusunun hücumları nəticəsində şəhid olublar. Bu hücumlarda daha yüzlərlə şəxs də yaralanıb.
Fələstinli qaçqınlar düşərgələrdən əlavə, qohumlarının evlərində və ya dövlət məktəblərində və obyektlərində, o cümlədən UNRWA məktəb və obyektlərində yaşayırlar.
Qəzzanın Səhiyyə Nazirliyi və beynəlxalq səhiyyə təşkilatları qida, təmiz su və kanalizasiya sistemlərinin olmaması və dərman çatışmazlığı səbəbindən aclıq təhlükəsi və yoluxucu xəstəliklərin yayılması ilə bağlı xəbərdarlıq edib.
Qəzzənin Səhiyyə Nazirliyi bu gün günortadan sonra elan edib ki, sionist rejim ordusunun oktyabrın 7-dən Qəzza zolağına hücumları nəticəsində şəhid olanların sayı 22,185 nəfərə, yaralıların sayı isə 57,035 nəfərə çatıb.
Sizin rəyiniz