Əmir Abdullahiyan: Sionist rejimin terror maşını regionun sülh və təhlükəsizliyi üçün real təhdiddir

Tehran - İRNA - Xarici İşlər naziri deyib: “Sionist rejimin terror maşınının başqa ölkələrdə şər fəaliyyəti sülh və təhlükəsizliyə real təhdiddir və bütün region ölkələrinin təhlükəsizliyi üçün ciddi həyəcan təbili çalır.”

İRNA-nın xarici siyasət üzrə bölməsinin verdiyi xəbərə görə, ölkəmizin Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan sosial şəbəkədəki şəxsi səhifəsində HƏMAS Siyasi Ofisinin rəis müavini Saleh əl-Arurinin terror edilməsinə münasibət bildirərək yazıb: “Cənab Şeyx Saleh əl-Aruri və bəzi silahdaşlarının şəhid olması münasibətilə HƏMAS Siyasi Ofisinin rəhbəri cənab Şeyx İsmayıl Həniyyəyə, bu azadlıq hərəkatının üzvlərinə və qəhrəman Fələstin xalqına başsağlığı verirəm.”

Əmir Abdullahiyan əlavə edib: “Belə qorxaqcasına terror əməliyyatı sübut edir ki, sionist rejim Ağ Evin birbaşa dəstəyinə baxmayaraq, Qəzza və Fələstinin İordan çayının qərb sahilində həftələrlə davam edən hərbi cinayətlər, soyqırım və dağıntılardan sonra qarşısına qoyduğu heç bir məqsədə nail olmayıb.”

Xarici İşlər naziri vurğulayıb: “Bu rejimin terror maşınının başqa ölkələrdə şər fəaliyyəti sülh və təhlükəsizliyə real təhdiddir və bütün region ölkələrinin təhlükəsizliyi üçün ciddi həyəcan təbili çalır.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .