İRNA-nın hökumət sahəsi üzrə müxbirinin verdiyi məlumata görə, Əhməd Vəhidi Kirmanın Gulzari-Şuhəda yolu üzərində bu gün baş verən hadisəyə toxunaraq bildirib: “Kirman əhalisindən bir qrupunun şəhid olması münasibətilə həzrət Bəqiyətullah-Əzəmə, Ali Məqamlı Rəhbərə, İran xalqına və şəhidlərin yaxınlarına başsağlığı verirəm.”
Daxili işlər naziri qeyd edib: “Bu gün baş verən yeni sui-qəsd düşmənin uzun müddətdir ardınca olduğu sui-qəsdlərin davamı idi. Onlar kəşfiyyat qüvvələrinin sayıqlığı ilə qarşısı alınan bu partlayışları müxtəlif mərasimlərdə törətməyə çalışırdılar.”
Vəhidi vurğulayıb: “Bu terror aktına ən qısa müddətdə təhlükəsizlik və hərbi aparatlardan güclü və əzici cavab veriləcək.”
Sizin rəyiniz