İran xalqı terrorun köklərini qurudana qədər mübarizə meydanında olacaq

Tehran - İRNA - Prezident Kirmanda törədilən terror cinayətində bir qrup zəvvarın şəhid olması ilə bağlı başsağlığı verib, hadisədə ziyan çəkənlərin əzablarını yüngülləşdirmək və yaralıları müalicə etmək üçün mümkün qədər tez lazımi tədbirlər görülməsi və şəhid yetişdirən Kirman şəhərində asayiş və əmin-amanlığın bərpa edilməsi ilə bağlı göstərişlər verib.

İRNA-nın məlumatına görə, Prezident Ayətullah Seyid İbrahim Rəisi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin şəhid komandiri general-leytenant Qasım Süleymaninin anım mərasimi ilə eyni vaxtda Kirmanın Gulzari-Şuhəda yolunda törədilən terror cinayətini kəskin pisləyib, bu hərəkəti İran düşmənləri, terror və zülmət nökərlərinin cinayəti adlandırıb, aidiyyatı orqanlara bu hadisədə yaralananlara dərhal yardım göstərilməsi ilə bağlı göstəriş verib, bu kor və qorxaqcasına hərəkəti törədənləərin və onların ağalarının tez bir zamanda müəyyən edilməsini vurğulayıb.

Prezidentin müraciətinin tam mətni belədir:

Bismillahir-Rəhmanir-Rəhim
Bir daha anti-İran cinayətkarlar, terror və zülmət nökərləri rəhmət Peyğəmbərinin (s) pak nəslindən olan həzrət Fatimənin (s) mövludu və terrorla mübarizənin fateh komandiri Hacı Qasım Süleymaninin şəhadətinin ildönümü günündə kor və qeyri-insani bir hərəkətlə kədərli bir cinayət törətdilər, günahsız qadın və uşaqlar da daxil olmaqla, mərasimdə iştirak edənlərdən bəzilərinin şəhid olmasına və yaralanmasına səbəb oldular.

Bu terror aktı cinayətini pisləyir, hadisənin qurbanlarının ailələri ilə həmdərd olduğumu bildirir, bu ağır itki ilə bağlı həzrət Vəliyyi-Əsrə (əc), Ali Məqamlı Rəhbərə (Allah onun ömrünü uzun etsin), İranın şərəfli və böyük xalqına başsağlığı verir, hadisədə şəhid olanlara Uca Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm.

Bu qeyri-insani əməli törədənlərin və onların kor qəlbli ağalarının tapılmasını vurğulamaqla yanaşı, vilayətin bütün səlahiyyətlilərindən tələb edirəm ki,  hadisədə ziyan çəkənlərin əzablarını yüngülləşdirmək, yaralıları müalicə etmək və şəhid yetişdirən Kirman şəhərində asayişi və əmin-amanlığı bərpa etmək üçün tez bir zamanda lazımi tədbirlər görsünlər.

Şübhəsiz ki, bu qorxaq əməli törədənlər və onların ağaları bacarıqlı təhlükəsizlik və hüquq-mühafizə orqanları tərəfindən tezliklə aşkar ediləcək və törətdikləri çirkin əmələ görə cəzalarını alacaqlar.

Xalqın düşmənləri bilməlidirlər ki, bu cür hərəkətlər heç vaxt İran xalqının İslam ideallarını müdafiə etmək əzmində və dəmir iradəsində süstlük yarada bilməz. Onlar İran və İslamın izzət və qüdrətinin düşmənləri ilə mübarizə meydanında terror və zorakılığın köklərini qurutmaq üçün keçmişdə olduğundan daha qətiyyətli olacaqlar.

Seyid İbrahim Rəisi

İran İslam Respublikasının Prezidenti

0 Persons

Sizin rəyiniz

You are replying to: .