3 yanvar 2024 at 23:12
Jurnalist kodu: 5487
Xəbər kodu: 85343141
T T
0 Persons
BMT-nin baş katibi Kirmanda törədilən terror aktını qətiyyətlə pisləyib

Nyu-York - İRNA - BMT-nin baş katibi Antonio Quterreş İranın Kirman şəhərində törədilən terror aktını qətiyyətlə pisləyib, İran hökuməti və xalqına başsağlığı verib.

İRNA-nın BMT müxbirinin verdiyi məlumata görə, BMT sözçünün müavini xanım Florensiya Soto Nino yerli vaxtla çərşənbə günü jurnalistlərə bildirib: Birləşmiş Millətlər Təşkilatının baş katibi İran İslam Respublikasının Kirman şəhərində anım mərasiminə bu gün edilən və 100-dən çox insanın ölməsi və çoxlu sayda yaralanması ilə nəticələnən hücumu qətiyyətlə pisləyir.

BMT sözçüsü bildirib: BMT-nin baş katibi bu hadisəni törədənlərin məsuliyyətə cəlb olunmasını istəyib.

O, əlavə etdi: BMT-nin baş katibi həlak olanların ailələrinə, İran İslam Respublikası xalqı və hökumətinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayır.

 

0 Persons

Sizin rəyiniz

You are replying to: .