İRNA-nın cümə axşamı yaydığı xəbərə görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) terrorçuların Kirmanda Gulzari-Şuhədaya gedən yolda şəhid Qasim Süleymaninin məzarını ziyarət etməyə gedən bir qrup zəvvarın şəhid olması ilə nəticələnən qorxaqcasına hərəkətinin ardınca yaydığı bəyanatda vurğulayıb: “3 yanvar günortadan sonra Kirman şəhərində İslam müqaviməti cəbhəsinin böyük şəhidi general-leytenant Hacı Qasim Süleymaninin dördüncü ildönümü mərasimi keçirilən məkana gedən yolda könüllər sərdarının ölkənin hər yerindən gəlmiş çoxlu sayda zəvvarının şəhid olmasına və yaralanmasına səbəb olmuş terror cinayəti ölkədə əmin-amanlığı pozmaq və böyük İran xalqının, xüsusən də qeyrətli gənc nəslin sevgi və sədaqətindən qisas almaq üçün atılmış kor və kinli bir hərəkətdir.”
Bəyanatda əlavə olunur: “Qorxaq düşmənlər bilməlidirlər ki, şəhid Qasim Süleymaninin iranlıların və onu sevən digər şəxslərin qəlbində və ruhunda alovlandırdığı, onları vahid və qüdrətli bir cəbhəyə, müsəlmanların iqtidarına dəvət və Məhəmmədin (s) xalis İslamının düşmənlərinə qarşı müqavimət göstərməyə və fədakarlıq etməyə çağırış şöləsi sönməzdir, əvvəlkindən daha çox şölələnərək düşmənlərin pis arzu və ümidlərini yandıracaq.
İslam İnqilabı Keşikçiləri Korpusu əziz şəhidlərin məzlumcasına şəhadəti münasibətilə həzrət Bəqiyyətullah əl-Əzəmə (ruhumuz ona fəda olsun), İslam İnqilabının Böyük Rəhbəri həzrət İmam Xameneiyə (Allah ömrünü uzun etsin), əzəmətli şəhid ailələrinə, şərəfli və şəhid yetişdirən İslami İran xalqına başsağlığı verib, hadisədə yaralananlarla həmdərlik ifadə edib, Allahdan onların tezliklə sağalmalarını diləyib və vurğulayıb: “Kirmandakı dəhşətli terror hadisəsi göstərdi ki, şəhid Qasim Süleymani düşmənlər üçün Qasım Süleymanidən daha canlı və daha təhlükəlidir və onlar müqavimət əfsanəvi sərkərdəsindən və İran millətinin qəhrəmanından aldıqları məğlubiyyətlərin əvəzini çıxa bilməyəcəklər. Şübhəsiz ki, əziz Hacı Qasimin məzarı yanında şəhidlərin axıdılan pak qanı Süleymani məktəbinin bədəninə və Qüds şəhidinə sevgi bəsləyənlərə yeni enerji bəxş etmiş, onları cinayətkarların qəti və ədalətli cəzalandırılması üçün daha qətiyyətli etmişdir.”
3 yanvar çərşənbə günü günortadan sonra törədilən qorxaqcasına terror partlayışlarında 84 nəfər şəhid olub, 284 nəfər yaralanıb.
Sizin rəyiniz