İRNA-nın cümə günü səhər saatlarında Rusiyanın “Sputnik” xəbər agentliyinə istinadən verdiyi məlumata əsasən, HƏMAS bəyanat yayaraq BMT qurumlarından sionist işğalçıların yüzlərlə fələstinlinin Qüdsdən və 1948-ci ildə işğal olunmuş ərazilərdən çıxarılması qərarına qarşı çıxmağı istəyib.
HƏMAS-ın beynəlxalq qurumlara ünvanladığı bəyanatda bildirilir ki, beynəlxalq təşkilatları sionist işğalçıların yüzlərlə fələstinlini Qüdsdən və 1948-ci ildə işğal olunmuş ərazilərdən zorla çıxarmaq qərarına qarşı çıxmağa çağırırıq.
Bəyanatda əlavə edilir: “Biz sionist işğalçıların etnik təmizləmə cinayətinin qarşısının alınması üçün tədbirlərin görülməsini tələb edirik.”
Sizin rəyiniz