İRNA-nın məlumatına görə, çərşənbə günü günortadan sonra Hacı Qasim Süleymaninin şəhadətinin dördüncü ildönümünün anım mərasimi zamanı Gulzari-Şuhəda yolunda iki terror partlayışı törədilib və bu kamikadze partlayışlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Şəhidlərin ilkin sayı 84 nəfərdir, onlardan 33-ü qadındır. Şəhidlərdən 12 nəfəri Əfqanıstan vətəndaşıdır.
Bununla bağlı məsul vəzifəli şəxslərdən biri İRNA müxbirinə bildirib ki, bəzi yaralıların vəfatından sonra şəhidlərin sayı 89-a çatıb ki, onlardan 12-si 15 yaşdan kiçikdir.
Sizin rəyiniz