İRNA-nın hökumətin informasiya bazasına istinadən verdiyi məlumata görə, cümə günü doktor Seyid İbrahim Rəisi Kirmana səfəri çərçivəsində çərşənbə günü Kirmanın Gulzari-Şuhəda yolu üzərində törədilən terror partlayışlarında yaralananları ziyarət edib, əyalətin tibb işçiləri və xəstəxana həkimləri ilə söhbətdə ona yaralıların müalicə prosesinin təfərrüatları barədə məlumat verilib.
Prezident bütün tibb imkanlarından istifadə olunması üçün lazımi əmrlər verib, Uca Allaha yaralıların tezliklə sağalmasını diləyib.
Sizin rəyiniz