İRNA-nın bu gün (bazar ertəsi) verdiyi xəbərə görə, sionist Yediot Ahronot qəzeti öz hesabatında yazıb: Keçən həftə aparılan qiymətləndirmələrə əsasən, Qəzza müharibəsi son üç ayda sionistlərə 217 milyard şekel (təxminən 60 milyard dollar) ziyan vurub. Bu məbləğə hərbi xərclər və müxtəlif iqtisadi sektorlara geniş yardım paketləri daxildir.
Bu qəzet əlavə etdi: Oktyabrda müharibənin hər gününün dəyəri 1 milyard şekel (hər dollar 3,66 şekel) idi, bunun böyük hissəsi 360.000 İsrail ordusunun ehtiyat əsgərinin xidmətə götürülməsi xərclərini əhatə etdi və minlərlə əsgərin ötən günlərdə xidmətdən azad edilməsilə bu məbləğ 600 milyona şekelə düşüb.
Sizin rəyiniz