İran İslam Respublikasının Bakıdakı səfirliyində iki gün müddətinə Kirmandakı terror hadisəsi şəhidlərinin xatirə dəftəri açılıb

Baş nazirin müavini cənab Şahin Mustafayev Azərbaycan Respublikası hökuməti adından İran İslam Respublikasının Səfirliyində iştirak edib və Kirman terror hadisəsinin xatirə kitabını imzalayaraq, bu faciə ilə əlaqədar İran hökuməti və xalqına, şəhidlərin ailələrinə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb.

Rusiya, Səudiyyə Ərəbistanı, Çin, Türkiyə, İraq, Fələstin, Əfqanıstan, Yunanıstan, Bolqarıstan, Venesuela, İndoneziya, Liviya və s. ölkələrin səfir və diplomatları da bu mərasimin ilk günü ölkəmizin səfirliyində iştirak edərək İran hökuməti və xalqının qəminə şərik olduqlarını ifadə ediblər.

 Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab Hikmət Hacıyev və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxül-islam Allahşükür Paşazadə də Kirmanda baş verən terror hadisəsini pisləyərək İran hökumətinə və xalqı ilə həmrəylik nümayiş etdiriblər.

Sizin rəyiniz

You are replying to: .