9 yanvar 2024 at 21:56
Jurnalist kodu: 5487
Xəbər kodu: 85349212
T T
0 Persons
İsrailin Qəzzaya dərman ləvazimatının girişinin qarşısını alması Fələstin xalqını soyqırım etməkdir

Tehran - İRNA - Avropa-Aralıq dənizi İnsan Haqları İzləmə Təşkilatı vurğulayıb: “İsrail rejiminin Qəzza zolağına yaralı və xəstələrin müalicəsi üçün dərmanların daxil olmasına mane olması, Fələstin xalqına qarşı soyqırım cinayətinin tərkib hissəsidir.”

İRNA-nın Fələstinin “Səma” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Avropa-Aralıq dənizi İnsan Haqları İzləmə Təşkilatı bildirib: “Sionist rejimin bombardmanı və quru, dəniz və hava hücumlarından sağ çıxanlar dərman çatışmazlığı səbəbindən ölüm riski ilə üz-üzədirlər.”

Bu insan haqları qurumu vurğulayıb: “Qəzza zolağı ağrı kəsicilər və antibiotiklər də daxil olmaqla əksər dərman növlərinin, ilk tibbi yardım, xüsusi qayğı və təcili yardım üçün zəruri imkanların kəskin çatışmazlığı ilə bağlı ciddi böhranla üzləşib.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .