10 yanvar 2024 at 17:24
Jurnalist kodu: 5487
Xəbər kodu: 85350273
T T
0 Persons

Tags

23 min 357 şəhid; sionistlərin Qəzzada 96 günlük cinayətlərinin nəticəsi

Tehran - İRNA - Qəzzanın Səhiyyə Nazirliyi bu gün (çərşənbə günü) günorta saatlarında elan edib ki, sionist rejimin bu zolağa təcavüzü nəticəsində şəhid olanların sayı artaraq 23 min 357 nəfərə çatıb.

İRNA-nın çərşənbə günü "Səma" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Qəzza əleyhinə müharibənin 96-cı günündə Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qədara bildirib ki, sionist rejim ötən 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrində 14 yeni cinayət törədib və nəticədə 147 nəfər şəhid olub, 243 nəfər isə yaralanıb.

O, bildirib ki, yeni şəhidlər də daxil olmaqla, sionist rejimin bu zolağa təcavüzü nəticəsində şəhid olanların sayı oktyabrın 7-dən bu yana 23 min 357 nəfərə çatıb.

Əl-Qədara bu hücumlarda yaralananların son statistikasını 59 410 nəfər olduğunu açıqlayıb.

Sizin rəyiniz

You are replying to: .