İRNA-nın parlament üzrə müxbirinin verdiyi məlumata görə, Məhəmməd Baqir Qalibaf çərşənbə günü Tehranda keçirilən Asiya Parlamentləri Assambleyasının (APA) Fələstin Komitəsinin ilk iclasında deyib: “Qəzza bu gün Asiyanın, hətta dünyanın ən mühüm məsələsidir. Qəzza bəşəriyyətin öz vicdanını sınamaq üçün bir imtahandır.”
İşğal olunmuş Fələstindəki mövcud vəziyyəti regional və beynəlxalq təhlükə yaratmanın bariz nümunəsi adlandıran sədr deyib: “Bu vəziyyət həm də cinayət və soyqırımın bariz təzahürüdür. Fələstin məsələsi və qədim bir torpağın 75 illik işğalı və onun yerli sakinlərinin əksəriyyətinin didərgin salınması, Qəzza və İordan çayının qərb sahilində qalan əhalinin sıxışdırılması və alçaldılması sırf Fələstin-İsrail məsələsi deyil.”
O, Fələstin məsələsinin bəşəriyyətin və bütün beynəlxalq ictimaiyyətin problemi olduğunu bildirərək deyib: “Ona görə də bütün ölkələr və bütün insanlar bu qeyri-insani və biabırçı vəziyyətə son qoymağa borcludurlar. İndi Qəzzada əsl soyqırımla üz-üzəyik. Elə bir gün yoxdur ki, bu rejimin məktəb, yaşayış kompleksləri, məscidlər, kilsələr, hətta xəstəxanalar kimi mülki mərkəzlərə kütləvi hücumunun şahidi olmayaq.”
Son üç ayda sionist rejimin 70%-i qadın və uşaq olmaqla 23 mindən çox fələstinlini qətliam etməsini bəyan edən Qalibaf deyib: “Çox təəssüf ki, belə böyük ölçüdə bombardmanlar, dağıntılar, soyqırımlar, hərbi cinayətlər və bütün humanitar hüquq prinsiplərinin pozulması qarşısında dırnaqarası sivil Qərb dünyası sükutu və passivliyi qəbul edib və bu hadisədə biz müasir cəhalətin ağır kölgəsini açıq şəkildə görürük.”
Sizin rəyiniz