11 yanvar 2024 at 17:03
Jurnalist kodu: 5487
Xəbər kodu: 85351080
T T
0 Persons
Kanani: Haaqa Məhkəməsi Fələstin məsələsində Amerikanın təzyiqinə təslim olmamalıdır

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: “Ümid edirik və çağırış edirik ki, Beynəlxalq Ədalət Məhkəməsi Cənubi Afrika və bəzi digər hökumətlərin Qəzzə əhalisinə qarşı cinayətlə bağlı sionist rejim əleyhinə şikayətini qərəzsiz araşdırsın, Amerikanın siyasi və qeyri-siyasi təzyiqlərinə təslim olmasın.”

İRNA-nın xarici siyasət sahəsi üzrə müxbirinin verdiyi məlumata görə, XİN-nin mətbuat katibi Nasir Kənani bu gün (cümə axşamı) səhər saatlarnıda “Tehran Beynəlxalq Media Konfransı; Terrora Qarşı Media Alyansı”nda deyib: “Əl-Əqsa Tufanının kökü ABŞ-ın tam dəstəyi ilə sionist rejim tərəfindən insan haqları və beynəlxalq səviyyədə tanınmış hüquqların kobud və davamlı şəkildə pozulmasıdır. Əl-Əqsa Tufanı sionist rejimin və insan haqlarını müdafiə etmək iddiasında olanların əsl simasını bütün dünyaya göstərdi. Təbii ki, bu, həm də strateji balansı Fələstinin xeyrinə dəyişdi.”

XİN-nin sözçüsü bildirib: “Əl-Əqsa Tufanı əməliyyatı ABŞ-ın köməyi və regionun Ərəb və İslam hökumətləri ilə siyasi əlaqələrin normallaşdırılması çərçivəsində Fələstini tamamilə udmaq ümididində olan sionist rejimi bütün dünyanın ictimai rəyində təqsirləndirilən şəxs kimi rüsvay etmiş və bu gün bu rejimi Haaqa Beynəlxalq Məhkəməsində işğal olunmuş ərazilərdə böyük cinayətlərin müttəhimi, cinayətkarı və icraçısı kimi təqdim etmişdir. Ümid edirik və çağırış edirik ki, Beynəlxalq Ədalət Məhkəməsi Cənubi Afrika və bəzi digər hökumətlərin Qəzzə əhalisinə qarşı cinayətlə bağlı sionist rejim əleyhinə şikayətini qərəzsiz araşdırsın, Amerikanın siyasi və qeyri-siyasi təzyiqlərinə təslim olmasın.”

Kənani qeyd edib ki, Amerika və sionist rejim Qəzza əhalisinə qarşı döyüş meydanında edə bilmədiklərini siyasi və media sahəsində həyata keçirməyə çalışır. Lakin Fələstin xalqı ABŞ hökumətinin saxta siyasi planları qarşısında sazişə getmək istəyənlərin xeyrinə meydanı tərk etməkdən, onu sionist rejim və onun havadarları üçün boş qoymaqdan daha ayıqdır.

0 Persons

Sizin rəyiniz

You are replying to: .