12 yanvar 2024 at 11:01
Jurnalist kodu: 5487
Xəbər kodu: 85351460
T T
0 Persons

Tags

Amerika və İngiltərənin Yəmənə hava və raket hücumu

12 yanvar 2024 at 11:01
Xəbər kodu: 85351460
Amerika və İngiltərənin Yəmənə hava və raket hücumu

Tehran - İRNA - Amerika rəsmisi Reuters-ə açıqlamasında Amerika və İngiltərənin Yəmənə hücumlarının təyyarə, gəmi və sualtı qayıqlarla həyata keçirildiyini iddia edib.

Amerika rəsmisi CNN-ə bildirib ki, qırıcı-bombardmançı və raketlərlə hücumlar Yəməndə müxtəlif hədəfləri vurub.

Amerikanın Politico saytı: ABŞ və İngiltərənin Yəmənə birgə hücumu Avstraliya, Kanada, Hollandiya və Bəhreynin dəstəyi ilə həyata keçirilib.

Amerikanın Bloomberg xəbər agentliyi də yazıb: Amerika Qəzza müharibəsinin kölgəsində Yəmənə hava hücumu ilə qumar oynadı.

Əl-Cəzirə müxbiri Yəmənin qərbindəki Hudeyda əyalətində beş güclü partlayışın səsini eşitdiyini bildirib.

Yəmənin Ənsarullah Hərəkatının yüksək vəzifəli üzvlərindən biri də Səna, Hudeyda, Səədə və Zimarın bombalandığını təsdiqləyib.

Yəmənin Milli Ordusu ABŞ və İngiltərənin bu ölkəyə qarşı hava təcavüzünə cavab olaraq Qırmızı dənizdə bir Amerika gəmisini ballistik raketlərlə hədəfə alıb.

İraqın Əl-Əhd saytı Yəmən mənbələrinə istinadən xəbər verib ki, Qırmızı dənizin mərkəzində, Haniş adasının şimalında və Amerikanın “Eisenhower” gəmisinin olduğu yerdə iki partlayış səsi eşidilib.

Əl-Məyadin telekanalı İraqdakı mənbələrinə istinadən xəbər verib ki, Amerika və İngiltərənin Yəmənə qarşı hücumlarına cavab tədbiri olaraq, işğal olunmuş Colanda yerləşən İordan çayı parkı yaxınlığındakı sionist hədəfə hücum edilib. Bu hücumu edənlərin İraqın müqavimət qrupları olduğu bildirilir.

Bir neçə saat əvvəl İraqın islami müqaviməti ABŞ-a xəbərdarlıq edib ki, Yəmənə hər hansı bir hücum olacağı təqdirdə biz bütün qüvvələrimizlə ABŞ hərbi bazalarına hücum edəcəyik.

0 Persons

Sizin rəyiniz

You are replying to: .