13 yanvar 2024 at 11:52
Jurnalist kodu: 5487
Xəbər kodu: 85352370
T T
0 Persons

Tags

Türkiyə və İngiltərə xarici işlər nazirləri Yəməndəki hadisələrlə bağlı söhbət ediblər

Tehran - İRNA - Xəbər mənbələri bildiriblər ki, Türkiyə və İngiltərə xarici işlər nazirləri Yəməndəki hadisələrlə bağlı telefon danışığı aparıblar.

İRNA-nın şənbə günü səhər Türkiyənin Anadolu xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ilə telefon danışığı aparıb.

Məlumata görə, Türkiyə xarici işlər naziri bu telefon danışığında Ədən körfəzində gərginliyin azaldılmasının vacibliyini vurğulayıb.

Hazırda bölgədə bir çox münaqişələrin yaşandığına diqqət çəkən Fidan, Ədən körfəzindəki gərginliyin azaldılmasına çağırıb.

O, ingilis həmkarı ilə söhbət zamanı Türkiyənin bu sahədə üzərinə düşən vəzifələri yerinə yetirməyə hazır olduğunu vurğulayıb.

Türkiyənin xarici işlər naziri həmçinin Qəzza müharibəsinin və fələstinlilərə qarşı zorakı hərəkətlərin tez bir zamanda dayandırılmasını istəyib.

Fidan xəbərdarlıq edib ki, gərginliyin artması regional təhlükəsizliyə və beynəlxalq sabitliyə ciddi təhdiddir.

Sizin rəyiniz

You are replying to: .