İran və Hindistan arasında çoxtərəfli əməkdaşlıq Şanxay və BRİKS-ə qoşulduqdan sonra artıb

Tehran - İRNA - Ölkəmizin Xarici İşlər naziri deyib: İran və Hindistan arasında çoxtərəfli və strateji əməkdaşlıq xüsusilə İranın Şanxay və BRİKS təşkilatlarına üzv olmasından sonra artıb. Təbii ki, Hindistan İranın üzv olması prosesində təsirli idi və biz onlara müsbət rola görə təşəkkür edirik.

İRNA-nın xarici siyasət sahəsi üzrə müxbirinin verdiyi məlumata görə, ölkəmizin Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan bu gün (bazar ertəsi) günorta saatlarında hindistanlı həmkarı Subramanyam Cayşankar ilə birgə mətbuat konfransında deyib: “Hindistanın Xarici İşlər nazirini qəbul etməkdən böyük məmnunluq duyuram. Onun səfəri iki tərəf arasında çoxşaxəli və geniş əməkdaşlığın inkişafı istiqamətində mühüm addımdır. Qədim dostlar və etibarlı tərəfdaşlar olaraq hər iki tərəfin maraqlarına uyğun çox mühüm müzakirələr apardıq.

Əmir Abdullahiyan əlavə edib: “Biz müxtəlif məsələlərdən, o cümlədən iqtisadi məsələlərdən, strateji əlaqələrdən danışdıq, xüsusilə, Çabahar limanının və Şimal-Cənub tranzit marşrutunun inkişafını vurğuladıq. Həmçinin, iki xalq arasında əlaqələrin inkişafı, ikitərəfli və çoxtərəfli əməkdaşlığın artırılması birgə vurğulandı.”

Xarici İşlər naziri deyib: “İran və Hindistan prezidentləri BRİKS sammiti çərçivəsində bir sıra məsələlər barədə razılığa gəliblər. Bu gün biz elmi, sənaye, iqtisadi, turizm və texnoloji əməkdaşlığı genişləndirmək üçün hər iki tərəfin güclü siyasi iradəsini vurğuladıq.”

“Mövcud əlaqələri, texniki maneələri araşdırdıq. İki tərəf arasındakı razılaşmaların həyata keçirilməsini sürətləndirmək üçün texniki komandalarla görüşlər keçirməyi qərara aldıq. İran və Hindistan arasında çoxtərəfli və strateji əməkdaşlıq xüsusilə Şanxay və BRİKS təşkilatlarına üzv olduqdan sonra artıb. Təbii ki, Hindistan İranın üzv olmasında təsirli idi və biz onlara müsbət rola görə təşəkkür edirik” - deyə, Əmir Abdullahiyan qeyd edib.

Davamı var...

0 Persons

Sizin rəyiniz

You are replying to: .