İRNA-nın xarici siyasət bölməsinin verdiyi xəbərə görə, ölkəmizin Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani İngiltərə rejiminin Xarici İşlər naziri Devid Kemeronun ölkəmizə qarşı əsassız bəyanatlarını kəskin şəkildə pisləyib, onun bu bəyanatını ABŞ və İngiltərənin Qırmızı dənizdəki son müharibələrinə bəraət qazandırmaq və ictimai rəyi Qəzzada sionist rejimin törətdiyi soyqırımından yayındırmaq üçün əbəs cəhd adlandırıb.
Kənani deyib: “Yeni minilliyə İraq və Əfqanıstanda qanlı müharibələrlə başlayanlar və keçmişdən dərs almadan indi sionist rejimin Qəzza zolağı və İordan çayının qərb sahilində məzlum Fələstin xalqına qarşı davam edən cinayətlərinin ortağı olanlar İranı qaralamaqdan və səhv ünvanlar verməkdən daha çox rüsvayçılıq yaşayırlar.”
Mətbuat katibi qeyd edib ki, ABŞ və İngiltərənin Yəmənə qarşı hərbi hücumu müstəqil ölkənin suverenliyi və ərazi bütövlüyünün pozulmasıdır, BMT Nizamnaməsinə və beynəlxalq hüququn prinsiplərinə ziddir, Qüdsü işğal edən rejimi daha çox hərbi cinayətlər törətməyə sövq etməkdən və bölgədəki gərginliyin miqyasını genişləndirməkdən başqa bir nəticəsi yoxdur.
Diplomatik aparatın sözçüsü İngiltərə və ABŞ-ın özbaşına hərəkətlərini regional və beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qiymətləndirərək deyib: “İngiltərə və Amerikanın rəsmilərinin məsuliyyətsiz və aldadıcı bəyanatları sionist rejimi sıx böhranlardan və onun məzlum Fələstin xalqına qarşı cinayətlərinin məsuliyyətindən xilas etməyə kömək edə bilməz. Buna görə də İran İslam Respublikası gərginliyin daha da artmasının qarşısını almaq və Qərbi Asiya regionunda sülh və sabitliyin bərqərar olmasının yeganə yolunu təcavüzkar sionist rejimin Qəzzada hücumlarının və hərbi cinayətlərinin dayandırılması üçün təcili addımlar atılmasında görür.”
Xarici İşlər Nazirliyi İngiltərə rəsmilərinin İran əleyhinə ittihamlarına cavab verdi
15 yanvar 2024 at 20:13
Xəbər kodu:
85355385
Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: “Yeni minilliyə İraq və Əfqanıstanda qanlı müharibələrlə başlayanlar və keçmişdən dərs almadan indi sionist rejimin Qəzza zolağı və İordan çayının qərb sahilində məzlum Fələstin xalqına qarşı davam edən cinayətlərinin ortağı olanlar İranı qaralamaqdan və səhv ünvanlar verməkdən daha çox rüsvayçılıq yaşayırlar.”
Sizin rəyiniz