İRNA-nın məlumatına görə, Ayətullah Seyid İbrahim Rəisi bazar ertəsi axşam saatlarında Hindistanın Xarici İşlər naziri Subramanyam Cayşankar ilə görüşdə iki ölkə arasında imzalanmış müqavilələrin, o cümlədən Çabahar limanının inkişaf planının təqib edilməsi və icrasının sürətləndirilməsinin zəruriliyini, öhdəliklərin yerinə yetirilməsində gecikmənin kompensasiya edilməsinin vacibliyini vurğulayıb.
Prezident bu görüşdə həmçinin İran İslam Respublikası ilə Hindistan arasında köklü əlaqələrə toxunub, müxtəlif siyasi, iqtisadi, elmi-texniki, nəqliyyat və enerji sektorlarında əlaqələrin inkişaf etdirilməsi və səviyyəsinin yüksəldilməsi məqsədilə iki ölkənin yüksək vəzifəli şəxslərinin iradəsinin həyata keçirilməsi istiqamətində səy göstərilməsini diqqətə çatdırıb.
“Terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində iki ölkənin ümumi baxışının əhəmiyyəti”, “Əfqanıstanda sabitlik və təhlükəsizliyin bərqərar olması üçün əməkdaşlığın lüzumu”, “xüsusilə milli valyutalar vasitəsilə iki ölkə arasında ticarətinin gücləndirilməsi”, “beynəlxalq sularda gəmiçilik təhlükəsizliyinin qorunmasına diqqət yetirilməsi” dövlət başçısının Hindistanın Xarici İşlər naziri ilə görüşündə söhbətinin əsas məqamlarından olub.
Hindistanın Xarici İşlər naziri Subramanyam Cayşankar da bu görüşdə Kirmandakı son terror hadisəsi ilə bağlı İran hökuməti və xalqına başsağlığı verib və həmdərdlik ifadə edib, İran İslam Respublikası Prezidentinin region ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi və Hindistanla əlaqələrdə mühüm dəyişiklik yaratmaq səylərini yüksək qiymətləndirib və təşəkkür edib.
Rəisi İran-Hindistan razılaşmalarının icrasında gecikmələrin kompensasiya edilməsini vurğulayıb
15 yanvar 2024 at 23:03
Xəbər kodu:
85355458
Tehran - İRNA - Prezident İran və Hindistan arasında əldə edilmiş razılaşmaların, o cümlədən Çabahar limanının inkişaf planının təqib edilməsi və icrasının sürətləndirilməsi və öhdəliklərin həyata keçirilməsində gecikmənin kompensasiya edilməsinin vacibliyini vurğulayıb.
Sizin rəyiniz