İslam İnqilabı Keşikçiləri Korpusunun 2 nömrəli bəyanatı
Bismillahir-Rəhmanir-Rəhim
أُذِنَ لِلَّذِینَ یُقَاتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا وَإِنَّ اللَّهَ عَلَی نَصْرِهِمْ لَقَدِیرٌ
“Zülmə məruz qaldıqlarına görə vuruşanlara izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir!”
İslami İranın əziz və şərəfli xalqı
İslam İnqilabı Keşikçiləri Korpusu terrorçu qrupların Kirman və Raskda bir qrup əziz soydaşımızı şəhid etmələri ilə bağlı son cinayətlərinə cavab olaraq bu terror əməliyyatları ilə bağlı komandirlərin və əsas ünsürlərin, xüsusilə İŞİD-in toplanma yerlərini Suriyanın işğal olunmuş ərazilərində müəyyən edib və bir neçə ballistik raketlər ataraq onları məhv edib.
İslam İnqilabı Keşikçiləri Korpusu böyük İran xalqını əmin edir ki, İran xalqına qarşı bədxah olan terrorçu qrupları harada olurlarsa olsunlar, tapacaq və onları rüsvayçılı əməllərinə görə cəzalandıracaq.
Məhv edilmiş digər hədəflər haqda məlumat veriləcək.
وَ مَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ الْعَزِیزِ الْحَکِیمِ
Zəfər ancaq yenilməz qüdrət və hikmət sahibi olan Allahdandır.
Sizin rəyiniz