Ölkəmizin xarici işlər naziri Əmir Abdullahian ilə Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab Antonio Quterreş arasında telefon danışığı olub

Ölkəmizin xarici işlər naziri Əmir Abdullahian diplomatik təmas və məsləhətləşmələrinin davamında BMT-nin baş katibi cənab Antonio Quterreş ilə sionist rejimin Qəzzadakı cinayətlərinin dayandırılmasının zəruriliyi və Qırmızı dənizdəki son hadisələrlə bağlı müzakirələr və fikir mübadiləsi aparıb.

Əmir Abdullahian Qəzzada vətəndaşların soyqırımına son qoyulmasının zəruriliyi ilə bağlı cənab Quterreşin səy və mövqelərini təqdir etməklə yanaşı, bir daha sionist rejimin Qəzzəyə qarşı hücumlarının dayandırılmasının vacibliyini vurğulayıb.

Əmir Abdullahian Qəzzada insanlıq vəziyyətinin mürəkkəb və ağrılı olmasından narahatlığını ifadə edərək, İran İslam Respublikasının Fələstin xalqına humanitar yardım göndərməyə hazır olduğunu açıqlayıb.

İranın xarici işlər naziri bəyan edib: Yəmənin işğal olunmuş ərazilərə gedən gəmiləri dayandırmaqda məqsədi sionist rejimin Qəzza əhalisinə qarşı cinayətləri və soyqırımını dayandırmaqdır.

Diplomatik xidmətin rəhbəri ABŞ və İngiltərənin Yəmənə hücumu ilə bağlı qeyri-qanuni hərəkətlərini regionda gərginliyin artmasına səbəb olacaq strateji səhv hesab edib.

BMT-nin Baş katibi Antonio Quterreş bu telefon danışığında Qəzzada gedən müharibəni bir daha pisləyib və müharibənin dayandırılması və Qəzzəyə humanitar yardım göndərilməsinin vacibliyini vurğulayıb.

Qırmızı dənizdə baş verən son hadisələrə toxunan A. Quterreş regionda münaqişələrin yayılmasından narahatlığını ifadə edib və BMT-nin səylərinin müharibənin dayandırılmasına və region xalqlarının iztirablarının azaldılmasına yönəldiyini bildirib.

Quterreş güc tətbiqinə qarşı çıxmaqla və bütün tərəflərin BMT-nin Nizamnaməsinə diqqət yetirməsi və müharibədən uzaq durması zərurətini vurğulamaqla yanaşı, İran İslam Respublikasının regionda sülh və sabitliyin möhkəmlənməsinə yardımdakı rolunu mühüm adlandırıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .