İRNA siyasi şöbəsinin məlumatına görə, İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün səhər - 16 yanvar, çərşənbə axşamı - İmam Xomeyni (rə) Hüseyniyyəsində bütün ölkə üzrə Ali Dini Liderin nümayəndələri və cümə imamları ilə görüşdə iştirak edərək insanların iradə və əməlini İslamın əsas prinsipi adlandırıb və İran xalqının sədaqətini, səbrini, rəğbətini, zəkasını və fədakarlığını tərifləyərək dedi: Bu insanlar müxtəlif zahiri görkəmlərində belə mömindirlər və qəlbləri Allahladır, sözün əsl mənasında onların qədri bilinməli və dərindən sevməlidir.
O, həmçinin, məzlum Qəzza xalqının dözüm və təvəkkülünün dünya tərəfindən heyranlıqla qarşılandığını İslamın təbliği və xalqların Qurana diqqət yetirməsi amili hesab edib və Yəmən milləti və Ənsarullah hökumətinin Qəzzə xalqının müdafiəsi uğrunda fəaliyyətini Allah yolunda cihadın bariz nümunəsi sayıb.
Həzrət Ayətullah Xamenei görüşün əvvəlində Rəcəb ayını ilin ən fəzilətli günlərindən sayaraq, xalqa və möminlərə bu böyük İlahi nemətdən və onun xoş məramlı dua, təvəssül, tövbə və istiğfarından maksimum istifadə etməyi tövsiyə edib.
O, məmurların və cəmiyyətdəki nüfuzlu şəxslərin insanları cəlb etmək və səhnəyə çıxarmaq üçün müxtəlif vəzifələrinə toxunaraq dedi: Cümə namazının İlahi hikməti insanların hüzur (iştirak) prinsipini təmin etmək və bu hüzuru təbliğ və genişləndirməkdir. Bu səbəbdən cümə imamı öz xütbələrində ibadət edənlərlə danışmalı, onlara fikir, yol və plan təqdim etməklə vəzifəlidir.
Ayətullah Xamenei sözün geniş mənasında moizəni namaz xütbələrinin əsas istiqaməti hesab edib və əlavə edib: Moizə təkcə mənəvi və əxlaqi məsələlərə xas deyil, həm də siyasi və ictimai kontekstləri əhatə edir.
O, İslamın siyasi bir din olduğunu və bütün müsəlmanların siyasi səhnədə olmasının vacibliyini vurğulayaraq əlavə etdi: Təbii ki, siyasət meydanı sürüşkən bir meydandır və sürüşmənin qarşısını almaq üçün “siyasi təqva, təmkin və açıq gözlə” təchiz olunmaq lazımdır ki, belə olduqda düşmənin psixoloji müharibəsi səmərəsiz olur.
İnqilab rəhbəri hər bir yaxşı söz və ya əməli tənbeh və töhmət etməyi düşmənin psixoloji savaşının nümunəsi hesab edərək dedi: Quranın göstərişinə əsasən, məzəmmətdən qorxmamalısınız.
Həzrət Ayətullah Xamenei çıxışının yekun hissəsində bu gün Allahın əlinin Qəzzanın beynəlxalq məsələsində müşahidə edildiyini və göründüyünü vurğulayaraq dedi: Qəzzanın məzlum və qüdrətli xalqı öz mübarizələri ilə dünyaya təsir göstərə bildilər və bu gün dünya bu insanlara, döyüşçülərə və onların müqavimət qruplarına qəhrəman gözü ilə baxırlar.
O, Qəzza xalqının məzlumluğunun və eyni zamanda qələbə çalmasının dünya əhalisinin gözündə önə çıxmasını, onların səbr və təvəkkülünün təsir və bərəkəti adlandıraraq əlavə edib: Digər tərəfdən, bu gün dünyada heç kim qəsbkar və şər sionist rejimin qələbəsinə inanmır. Dünya xalqlarının və siyasətçilərin fikrincə, bu rejim qəddar, amansız, qaniçən, məğlub və dağılan bir varlıqdır.
Qəzzəlilərin öz dözümlərilə dünyapərəst insanların gözündə İslamı və Quranı təbliğ etdiklərini vurğulayan inqilab rəhbəri, Allahdan müqavimət cəbhəsi döyüşçülərinin, xüsusilə də Qəzza xalqı və döyüşçülərinin izzətinin daha da artmasını dilədi.
O, həmçinin Yəmən xalqı və Ənsarullah hökumətinin Qəzzə xalqına dəstək verməkdə böyük əməyini yüksək qiymətləndirdi və qeyd etdi: Yəmənlilər sionist rejimin həyat damarlarını vurub və Amerikanın təhdidindən qorxmadılar! Çünki Allahdan qorxan insan Allahdan başqa heç bir şeydən qorxmaz və onların bu işi, həqiqətən və insafla desək Allah yolunda cihad nümunəsidir.
Həzrət Ayətullah Xamenei ümidvar olduğunu bildirdi: Allahın izni ilə bu mübarizələr, müqavimətlər və fəaliyyətlər qələbə çalana qədər davam edəcək və Allah Onun razılığı yolunda hərəkət edən hər kəsə dəstək və yardımçı olsun.
Sizin rəyiniz