İRNA-nın Yəmən Ənsarullah Hərəkatının rəsmi saytına istinadən verdiyi məlumata görə, Yəmən Milli Hökumətinin Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib: “Bu ölkənin hərbi-dəniz qüvvələrinin əməliyyatları yalnız sionist rejimə məxsus və ya işğal olunmuş ərazilərin limanlarına yönəlmiş gəmilərə qarşı həyata keçirilir.”
Bu xəbərə görə, Yəmənin həyata keçirdiyi əməliyyat yalnız Qəzza əhalisinə qarşı hərbi təcavüzün dayanması və Qəzza zolağına humanitar yardım, ərzaq, dərman və yanacaq göndəriləcəyi təqdirdə başa çatacaq.
Yəmən XİN-nin bəyanatında vurğulanır: “ABŞ və İngiltərənin son təcavüzü hərəkat rəhbərliyi və Səna hökumətinin əmrləri, Yəmən xalqının və dünya ölkələrinin azad insanlarının iradəsi əsasında həyata keçirilən Sənanın sabit mövqeyində heç bir dəyişiklik yaratmayacaq.”
Bir neçə saat əvvəl Yəmən Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdüssəlam da deyib: “Qırmızı dənizin təhlükəsizliyi ilə bağlı iddialar həqiqətə uyğun deyil və Vaşinqtonun qərəzli təbliğatı istiqamətindədir və hər gün yüzlərlə gəmi Bab əl-Məndəb boğazından keçir.”
Hərəkat sözçüsü deyib: “Bir daha vurğulayırıq ki, biz yalnız sionist rejimə aid və ya məqsədi işğal olunmuş Fələstin əraziləri olan gəmilərin keçidinin qarşısını alırıq.”
Yəmən Xarici İşlər Nazirliyi: Nəqliyyat şirkətləri Qırmızı dənizdə fəaliyyətini davam etdirsin
16 yanvar 2024 at 21:05
Xəbər kodu:
85356571
Tehran - Yəmən Xarici İşlər Nazirliyi Qırmızı dənizdən keçən gəmiçilik şirkətlərinə müraciət edərək bildirib ki, əgər onların hədəfi Fələstinin işğal olunmuş əraziləri deyilsə, ticarət əməliyyatlarını normal şəkildə davam etdirsinlər.
Sizin rəyiniz