General-mayor Məhəmməd Rza Aştiyani bu gün (çərşənbə günü) hökumət nümayəndə heyətinin iclasından sonra jurnalistlərə verdiyi açıqlamada deyib: “Rusiya ilə davamlı müzakirələrimiz vardır. Rusiyanın müdafiə naziri ilə regionda mülahizələr, xüsusən də suverenliyə hörmət barədə danışdıq. Rusiya İranın təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət edəcəyinə söz verdi.”
“Rusiya ilə strateji münasibətimizin olmasına diqqət yetirməklə, hesab edirəm ki, onlar da bu məsələdə israrlıdırlar və buna əməl edəcəklərinə söz veriblər” - deyə, o, əlavə edib.
Müdafiə naziri SEPAH-ın terrorçulara qarşı raket hücumu ilə bağlı açıqlamasında deyib: “Milli və xalqın mənafeyinin müdafiəsində heç bir məhdudiyyət nəzərə almırıq və bunu tam qüdrətlə həyata keçiririk. Bizim üçün fərqi yoxdur, İslam Respublikasını üçün istənilən bölgədən gələn təhdidə reaksiya verəcəyik və bu reaksiya mütənasib, qəti və sərt olacaq.”
General-mayor Aştiyani deyib: “Biz bütün dünyada terroru pisləyirik. Ona görə də insanların hüquqlarının tapdalanması, xalqımıza qarşı terror aktları ilə bağlı hər hansı addıma, mütləq reaksiya verəcəyik və gördünüz ki, biz bunu çox ağır şəkildə həyata keçiririk və heç bir məhdudiyyət nəzərə almırıq. Amma biz bütün ölkələrin, xüsusən də qonşularımızın suverenliyinə, ölkələrin maraqlarına, hüquq və qanunlarına, ərazi bütövlüyünə hörmət edirik, eyni zamanda öz sərhədlərimizdə fitnə-fəsad törətməyi qəbul etmirik və mütləq buna cavab verəcəyik.”
Sizin rəyiniz