İRNA-nın şənbə günü verdiyi məlumata görə, “Əl-Məyadin” xəbər kanalı öz mənbələrinə istinadən Ayn əl-Əsəd bazasına hücum barədə bildirib: İlkin qiymətləndirmələrə görə, Ayn əl-Əsəd bazası bir neçə istiqamətdən ağır raketlərlə hədəfə alınıb.
Bu mənbələr məlumat verib ki, ən azı 10 raket Ayn əl-Əsəd bazası və Amerika qüvvələrinin yerləşdiyi hissələrin ətrafına dəyib, bir neçə raket isə izlənilib.
Mənbələr həmçinin qeyd ediblər ki, bu hücum və nəticədə baş verən partlayışlar Əl-Əqsa Tufanı əməliyyatı başlayandan bəri Amerika bazalarına edilən hücumların ən şiddətlisi olub.
Bununla bağlı “Reuters” amerikalı rəsmiyə istinadən iddia edib: Amerika qüvvələrinin yerləşdiyi Ayn əl-Əsəd bazasına bugünkü hücumda ballistik raketdən istifadə edilib.
Tehran - İRNA - Xəbər telekanallarından biri bu gün İraqdakı Amerika hərbi bazasına edilən hücumlara işarə edərək bildirib: “İraq islami müqavimətinin Ərbildəki Ayn əl-Əsəd hərbi bazasına hücumunda bu bazaya 10-dan çox ağır raket zərbəsi endirilib.”
Sizin rəyiniz