21 yanvar 2024 at 11:17
Jurnalist kodu: 5487
Xəbər kodu: 85360639
T T
0 Persons
Ayn əl-Əsədə raket hücumu zamanı amerikalı əsgərlər beyin zədəsi alıb

Nyu York - İRNA - CENTCOM kimi tanınan ABŞ-ın Qərbi Asiyada Mərkəzi Komandanlığı İran İslam Respublikasına qarşı ittihamlar yağdıraraq bildirib ki, Ayn əl-Əsəd bazasına raket hücumu zamanı bir sıra amerikalı əsgərlər beyin zədəsi alıb, hazırda onlar müayinədən keçir və zədə dərəcəsi qiymətləndirilir.

İRNA-nın məlumatına görə, CENTCOM şənbə günü axşam saatlarında Ayn əl-Əsəd bazasına edilən hücumla bağlı bəyanat yayaraq, İran İslam Respublikasına qarşı ittihamları təkrar edərək bildirib: “Yanvarın 20-də Bağdad vaxtı ilə saat 18:30 radələrində İraqın qərbində İranın dəstəklədiyi milislər tərəfindən Ayn əl-Əsəd aviabazasına doğru bir neçə ballistik raket atılıb.”

Sizin rəyiniz

You are replying to: .