22 yanvar 2024 at 09:42
Jurnalist kodu: 5487
Xəbər kodu: 85361615
T T
0 Persons

Ənsarullah sözçüsü: Region ölkələri Amerikaya aldanmasın

22 yanvar 2024 at 09:42
Xəbər kodu: 85361615
Ənsarullah sözçüsü: Region ölkələri Amerikaya aldanmasın

Tehran - İRNA - Yəmən Ənsarullah Hərəkatının rəsmi sözçüsü Məhəmməd Əbdüssəlam bazar günü axşam saatlarında bildirib: “Region ölkələri öz xalqları və hökumətlərinin Amerikanın hiyləsinin qurbanına çevrilməsinə imkan verməməlidirlər.”

İRNA-nın məlumatına görə, Əbdüssəalam rəsmi Teleqram səhifəsində vurğulayıb: “Fələstin xalqına dəstək olaraq biz İsrail gəmilərini və ya işğal olunmuş Fələstinə gedən gəmiləri hədəfə alırıq ki, aparteid rejimi Qəzzaya hücumlarını dayandırsın.”

O, qeyd edib ki, Amerika da Qəzzaya hücumu dayandırmaq üçün məsuliyyətdən qaçmağa son qoymalıdır.

Əbdüssəlam bildirib: “Bir daha vurğulayırıq ki, Yəmən özünümüdafiə prinsipinə sadiqdir. Biz heç vaxt ölkəmizin suverenliyinin pozulmasına imkan verməyəcəyik. Heç vaxt Yəmənə qarşı təcavüzün qarşısında sakit qalmayacağıq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .