İRNA-nın hökumət sahəsi üzrə müxbirinin verdiyi məlumata görə, Ayətullah Seyid İbrahim Rəisi bu səfər zamanı Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi qarşılanma mərasimindən sonra onunla təkbətək görüşəcək. Daha sonra iki prezidentin sədrliyi ilə İran-Türkiyə Əməkdaşlıqları Ali Şurasının səkkizinci iclası keçiriləcək.
Bundan sonra prezidentlər media nümayəndələrinin iştirakı ilə mətbuat konfransında müzakirələrin nəticələrini izah edəcəklər.
Həmçinin, bu səfər zamanı iki prezident İran və Türkiyənin iş adamları və iqtisadi fəalları ilə birgə iclasda iştirak edəcəklər və Prezident bu ölkədə yaşayan iranlılarla da görüşəcək.
Tehran - İRNA - Prezident türkiyəli həmkarının dəvəti və rəsmi səfər məqsədilə çərşənbə günü yüksək səviyyəli siyasi və iqtisadi heyətin müşayəti ilə Türkiyənin paytaxtı Ankaraya gedəcək.
Sizin rəyiniz