23 yanvar 2024 at 11:59
Jurnalist kodu: 5487
Xəbər kodu: 85363140
T T
0 Persons
Xarici İşlər naziri: Livanın sabitliyi və təhlükəsizliyi bütün regiona təsir edir

Nyu-York - İRNA - Nyu-Yorkda səfərdə olan İranın Xxarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Livanın Xarici İşlər naziri ilə görüşündə deyib: “Livanın sabitliyi və təhlükəsizliyi bütün regionun sabitliyinə və təhlükəsizliyinə təsir göstərir. İran İslam Respublikası həmişə Livanda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə dəstək verib və verir.”

İRNA müxbirinin Nyu-Yorkdan verdiyi məlumata görə, Qərbi Asiya (Yaxın Şərq) regionunda baş verən hadisələrlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün səfərədə olan İran İslam Respublikasının Xarici İşlər naziri, rusiyalı həmkarı ilə görüşdən sonra BMT-də Livanın Xarici İşlər naziri Abdullah Buhabib ilə görüşüb və müzakirə aparıb.

Sizin rəyiniz

You are replying to: .