24 yanvar 2024 at 12:06
Jurnalist kodu: 5487
Xəbər kodu: 85364369
T T
0 Persons
İsrail rejimi ilə bağlı aydın bir perspektiv yoxdur - HƏMAS öz torpaqlarını tərk etməyəcək

Tehran - İRNA - Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) liderlərindən olan Üsamə Həmdan deyib: “Əl-Məğazidəki müqavimət əməliyyatı göstərdi ki, sionist rejimin xoşbəxt sonluğa çatması perspektivi yoxdur.”

İRNA-nın bu gün (çərşənbə) verdiyi məlumata görə, HƏMAS liderlərindən olan Üsamə Həmdan “Əl-Məyadin” telekanalına müsahibəsində bildirib: “Amerikalılar müqavimət dairəsinin genişlənməsi barədə ciddi düşünməlidirlər. Çünki digər qüvvələr də daxil ola bilər.”

Sionist rejimin təhlükəsizlik nəzəriyyəsinin çökdüyünü qeyd edən Həmdan deyib: “İşğalçı sionist rejim ordusu özünü qoruya bilmir və bu işğalçı rejim irəliyə doğru qaçır.”

Həmdan sionist rejimin “Filadelfiya” oxuna (Misir və Qəzza zolağı arasında bufer sərhəddi) nəzarət etmək təhdidləri haqqında deyib: “İsrail rejiminin Filadelfiya oxunu nəzarət altına alacağı təqdirdə Misirin öz ərazisinin bir hissəsinin işğal olmasını alqışlayacağını düşünmürəm.”

Sizin rəyiniz

You are replying to: .