İRNA-nın Mərkəzi Banka istinadən verdiyi məlumata görə, bu səfər zamanı Məhəmmədrza Fərzin türkiyəli həmkarı ilə görüşəcək, Tehran və Ankara arasında maliyyə və bank əməkdaşlığının artırılmasını müzakirə edəcək.
Həmçinin, Prezidenti Türkiyəyə səfərdə müşayiət edən Ticarət Palatasının rəhbəri Səməd Həsənzadə də İran-Türkiyə ticarət əlaqələri haqqında deyib: “İranla Türkiyə arasında iqtisadi mübadilə perspektivi 30 milyard dollardır.
Hazırda iki ölkənin iqtisadi həcmi təxminən 7 milyard dollardır, lakin bu rəqəmin ildə 30 milyard dollara çatdırılması planlaşdırılıb.”
Sizin rəyiniz