İRNA xarici siyasət üzrə qrupunun verdiyi məlumata görə, İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Ayətullah Rəisinin Türkiyəyə səfəri ilə eyni vaxtda Türkiyənin “Milliyet” qəzetində “Tehran və Ankara, tarix qədər qədim əlaqələr” başlıqlı məqalə dərc edib.
Bu məqalənin bir hissəsində bildirilir:
“Qeyd edək ki, İran İslam Respublikası və Türkiyə Respublikası regionda ortaq problemlər və məsələlərlə üz-üzədir. Həmin məsələ, bu iki regional güc arasında daha çox əməkdaşlığın gücləndirilməsi zərurətini daha da hiss etdirir. Sərhəd təhlükəsizliyi məsələləri, terrorizmin bütün formaları ilə mübarizə, narkotik qaçaqmalçılığı və mütəşəkkil cinayətkarlıqla mübarizə, regiondankənar amillərin müdaxiləsi nəticəsində baş verən müharibələr nəticəsində yaranan köçkünlər məsələsi, müstəmləkəçi güclər tərəfindən diktə edilən separatçı hərəkətlər, bölgədəki ölkələrə qəbul etdirilmiş müharibələrin və iğtişaşların nəticələri bu problemlərin bir hissəsi hesab olunur.
Enerji sahəsində əməkdaşlıq iki ölkənin iqtisadi əlaqələrində mühüm üstünlükdür və İran İslam Respublikası hazırda Türkiyəyə təbii qazın ən mühüm təchizatçılarından biridir. 2001-ci ildən iki ölkə arasında qaz kəməri iki ölkə arasında davamlı iqtisadi əməkdaşlığın mühüm simvollarından biri hesab olunur. Bu əməkdaşlığın davamlılığı, möhkəmləndirilməsi və şaxələndirilməsi hər iki ölkə tərəfindən vurğulanır.”
Sizin rəyiniz