25 yanvar 2024 at 14:26
Jurnalist kodu: 5487
Xəbər kodu: 85365452
T T
0 Persons
Prezidentin Türkiyəyə səfəri İsrailə təzyiqlərin artmasına səbəb ola bilər

Tehran - İRNA - Regional məsələlər üzrə ekspert deyib: “Belə nəzərə gəlir ki, Ayətullah İbrahim Rəisinin Türkiyəyə səfəri indiki şəraitdə strateji və əhəmiyyətli bir səfərdir, regional gərginliyin azaldılmasında və İslam ölkələri, xüsusən də Tehran və Ankara arasında münasibətlərin səviyyəsinin yüksəldilməsi baxımından uyğun ola bilər.”

Regional məsələlər üzrə ekspert Həsən Hanizadə İRNA-nın xarici siyasət bölməsi üzrə müxbiri ilə müsahibədə Ayətullah İbrahim Rəisinin regional hadisələr baxımından Türkiyəyə səfərinin əhəmiyyəti ilə bağlı deyib: “Cənab Rəisinin Türkiyəyə həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutan səfərini əslində Tehranla Ankara arasında artan münasibətlər çərçivəsində təhlil etmək olar.”

Sizin rəyiniz

You are replying to: .