İRNA-nın məlumatına görə, bir surəti də İrlandiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan bu bəyanatda Maykl Martin bildirib: “Mən məhkəmənin qəti və icrası məcburi olan qərarlarını şiddətlə alqışlayıram. Bunlar, İrlandiyanın Qəzzada müharibə başlayandan bəri tələb etdiyi addımlardır.”
İrlandiya: Beynəlxalq Ədalət Məhkəməsinin İsrailə qarşı çıxardığı hökmün icrası vacibdir
26 yanvar 2024 at 21:10
Xəbər kodu:
85366205
London - İRNA - İrlandiyanın Xarici İşlər naziri cümə günü bəyanat yayaraq Beynəlxalq Ədalət Məhkəməsinin Cənubi Afrikanın İsrailə qarşı şikayəti ilə bağlı qərarını alqışlayıb və onu icrası vacib olan hökm adlandırıb.
Sizin rəyiniz