İRNA müxbirinin şənbə günü axşam saatlarında verdiyi məlumata görə, Cəlil Abbas Cilani X sosial şəbəkəsindəki rəsmi istifadəçi hesabında yazdığı mesajda Saravanda törədilən terror aktında 9 pakistanlının həlak olmasına görə təəssüfləndiyini bildirib.
O, əlavə edib: “Bu hərəkət bizim ortaq düşmənlərimiz tərəfindən Pakistan-İran münasibətlərini pozmaq cəhdidir.”
Cilani həlak olanların ailələrinə başsağlığı verib və İran hökumətindən Pakistan vətəndaşlarına hücum edənlərə qarşı tədbir görməsini istəyib.
Pakistan Xarici İşlər naziri: Ortaq düşmənlərimiz terror hərəkətləri ilə İranla münasibətlərimizi pozmağa çalışırlar
27 yanvar 2024 at 22:57
Xəbər kodu:
85367393
İslamabad - İRNA - Pakistanın Xarici İşlər naziri bu ölkənin 9 vətəndaşının öldürülməsinə münasibət bildirərək deyib: “Ortaq düşmənlərimiz terror aktları ilə İran İslam Respublikası ilə əlaqələrimizi pozmağa çalışırlar.”
Sizin rəyiniz