2 fevral 2024 at 14:50
Jurnalist kodu: 5487
Xəbər kodu: 85373857
T T
0 Persons
İran bir sıra ölkələrin UNRWA-ya yardımın dayandırmasına reaksiya verib

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin sözçüsü bəzi ölkələrin Fələstin xalqı və Qəzza sakinlərinin ən çətin vəziyyətində UNRWA-ya yardımı dayandırmasına və bu yardımın yalnız sionist rejimin UNRWA-nın bir neçə əməkdaşına qarşı ittihamları ucbatından edildiyinə reaksiya verib.

İRNA xarici siyasət şöbəsinin məlumatına görə; Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani, kiberməkanda şəxsi səhifəsində yazıb: Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) dərc etdiyi rəsmi xəbərə görə, agentliyə ianə verən əhəmiyyətli sayda ölkələr sadəcə sionist rejimin UNRWA-nın bəzi əməkdaşlarının 7 oktyabr əməliyyatı üçün HƏMAS-a kömək etdiyi barədə sübuta yetirilməmiş iddiasına görə yardımlarını dayandırıblar.

Kənani aydınlaşdırdı: Acı və ağrılı yumordur; Sionist rejim 120 gündə 26 mindən çox Fələstin vətəndaşını qətlə yetirib, bir neçə min insan itkin düşüb, on minlərlə vətəndaş yaralanıb, Qəzza zolağı sakinlərinin 80 %-dən çoxu evsiz və didərgin düşüb. BMT Təhlükəsizlik Şurasının tələbi və Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti əmrinin əksinə olaraq Fələstinə humanitar yardımların daxil olmasının qarşısı alınır. Amma, bu ölkələrin heç biri narahatlıq ifadə etməkdən və bəzi səmərəsiz siyasi şoulardan başqa, sionist rejimlə siyasi əlaqələrdə heç bir məhdudiyyət tətbiq etməyib. Onlar rejimlə ticarət və iqtisadi əməkdaşlığı davam etdirir, bəziləri isə ona hərbi, silah və maliyyə yardımlarını davam etdirirlər.

0 Persons

Sizin rəyiniz

You are replying to: .