İRNA-nın çərşənbə axşamı yaydığı məlumata görə, trans-regional “Rəy əl-Yəum” qəzeti öz məqaləsində sionist rejim ilə Misir arasındakı kritik əlaqələrə toxunaraq yazıb: “Qahirə və Təl-Əviv münasibətləri son illərin ən pis vəziyyətini yaşayır və buna səbəb sionist rejimin Misir və Qəzza arasındakı ən mühüm sərhəd mehvərində oktyabr ayında başladığı kütləvi qırğınla müşayət olunan planlarıdır.”
Qəzetin yazdığına görə, Təl-Əviv “Filadelfiya” mehvərinə nəzarət etmək və ona hakim olmaq niyyətindədir və bu məsələ Misirlə münaqişəyə səbəb olub, xüsusilə ona görə ki, Qahirə bununla bağlı istənilən hərəkətə qəti şəkildə qarşı çıxır və onu özünün keçilməz qırmızı xətt hesab edir.
Sizin rəyiniz