İRNA-nın bu gün (çərşənbə axşamı) verdiyi xəbərə əsasən, “Arabi Post” analitik xəbər saytı sionist rejimin sığorta şirkətlərinin naməlum vəziyyəti və bu rejimin Qəzza zolağının sakinlərinə qarşı apardığı müharibənin səbəb olduğu inflyasiya artımı ilə bağlı məqaləsində yazıb: “Sionist rejimə aid “Calcalist” qəzetinin dərc etdiyi məlumata görə, işğal olunmuş Fələstin ərazilərində kapital bazarı departamentinin rəhbəri Amit Galın bazar günü (4 fevral 2024-cü il) konfrans zamanı ifşa etdiyi məlumat göstərir ki, İsrailin sığorta şirkətləri və pensiya fondları təxminən 245 milyon dollar ekvivalentində 900 milyon şekel (sionist rejimin valyutası) sionist rejim əsgərlərinin bu rejimin Qəzza sakinlərinə qarşı müharibəsi zamanı həlak olması müqabilində sığortalıların varislərinə pul ödəyiblər.”
Gal Təl-Əviv Universitetinin İdarəetmə Mərkəzində “Safra” İnstitutu və “Horowitz” İnstitutunun maliyyə təşkilatlarının konfransında deyib: “Bu ödəniş məbləği yüksək rəqəmdir və maliyyə sistemlərinin bu vəziyyətlə əlaqəsini göstərir.”
O, qeyd edib ki, Qəzza müharibəsi geniş dairələrdə İsrailin bütün maliyyə sisteminə təsir edən mühüm geosiyasi hadisədir və bu vəziyyət qarşıdakı illərdə də bizimlə olacaq. Məsələn, sosial təminat sığortası sektorunda Qəzza müharibəsi risklərinin doğuracağı risklərlə qarşılaşacağıq.
Sizin rəyiniz