Tehran - İRNA - İran İslam İnqilabının Ali Rəhbəri Məbəs bayramı münasibətilə ölkə rəsmiləri və İslam ölkələrinin səfirləri ilə görüşündə deyib: “Qəzza faciəsi bəşəriyyətin faciəsidir.”
Tehranda ölkənin yüksək səviyyəli hökumət və hərbi rəsmiləri, habelə İslam ölkələrinin siyasi nümayəndələrinin bir qrupu bu gün (cümə axşamı) Məbəs bayramı münasibətilə İmam Xomeyni (r) Hüseyniyyəsində İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei ilə görüşüb.
Ayətullah Xamenei bu görüşdə Qəzzada baş verən insani faciələrə, sionist rejim və Amerikanın Fələstində törətdiyi sonsuz cinayətlərə toxunaraq deyib: “Qəzza faciəsi bəşəriyyətin faciəsidir. Bu, indiki dünya nizamının batil bir nizam olduğunu və davam edə bilməyəcəyini göstərir.”
Sizin rəyiniz