Ayətullah Seyid İbrahim Rəisi cümə axşamı ölkə rəsmiləri, İslam ölkələrinin nümayəndələri və əhalinin bir qrupunun Məbəs bayramı münasibətilə İslam İnqilabının Ali Rəhbəri ilə görüşündə çıxışı zamanı besət hadisəsinin Allahın ən böyük neməti sayılan hidayət nemətinin ən yüksək təzahürü olduğunu bəyan edib, Peyğəmbərin (s) tövhid çağırışını təfəkkürə, ədalətə və ilahi dəyərlərə dəvətlə yanaşı olduğunu bildirib, Fəcr ongünlüyünün Məbəs bayramı ilə eyni vaxta təsadüf etməsinə toxunaraq deyib: “İmam Xomeyninin Uca Allaha bəndəlik etmək dəvətini qəbul etmək, İran xalqının yoxsulluq, fəsad və ayrı-seçkiliklə mübarizə çağırışına cavab vermək peyğəmbərlik besətinin mesajına cavab vermənin təzahürüdür.”
Prezident həmçinin Qəzzada törədilən soyqırım və uşaq qətllərini Qərb dövlətlərinin bütün insan haqları iddialarının rəngini itirməsinin və beynəlxalq təşkilatların təsirsizliyinin bariz əlaməti hesab edərək deyib: “Əminik ki, Qəzza və Fələstin şəhidlərinin qanı sionist rejimin və indiki ədalətsiz nizamın sonunu gətirəcək.”
Sizin rəyiniz