11 fevral 2024 at 14:03
Jurnalist kodu: 5487
Xəbər kodu: 85383694
T T
0 Persons

Prezident 22 Bəhmən yürüşündə iştirak etdi

11 fevral 2024 at 14:03
Xəbər kodu: 85383694
Prezident 22 Bəhmən yürüşündə iştirak etdi

Tehran - İRNA - Ayətullah Seyid İbrahim Rəisi 22 Bəhmən yürüşündə iştirak edib və çıxış edib.

22 Bəhmən yürüşü bu gün səhər saatlarında insanların coşğulu iştirakı ilə başlayıb. Ayətullah Seyid İbrahim Rəisi izdihamlı cəmiyyətlə birlikdə 22 Bəhmən yürüşündə iştirak edib.

İran Prezidenti İslam İnqilabının Qələbəsinin ildönümü münasibətilə etdiyi çıxışında deyib:

“İran İslam İnqilabı mücahidlərin mücahidliyinin, fədakarların fədakarlığının, şəhidlərin şəhadətinin və böyük İran xalqının müqavimətinin nəticəsidir.”

Prezident əlavə edib: “İslam İnqilabının düşmənləri bu sahədə çoxlu problemlər yaratdılar, amma oyaq, zamanı tanıyan İran xalqı öz bəsirət və zəkası ilə problemlərin öhdəsindən gələ bildi.”

Ölkənin 1400 şəhər və 35 min kəndi İslam İnqilabı Qələbəsinin 45-ci ildönümünü qeyd edir.

Fəcr ongünlüyü mərasimi dünyanın 140 yerindən 70-dən çox ölkəsində keçirilir və bu mərasimi 7300 yerli və xarici jurnalist işıqlandırır.

Ayətullah Rəisi İsrailin Qəzzada törətdiyi cinayətləri xatırladaraq deyib: “Bu gün Qərbi, Amerikanı və sionist rejimi tanımaq istəyənlər, sadəcə olaraq, bu günlərdə qüdrətli və qəhrəman Qəzzada baş verənlərə baxsınlar və bəşəriyyət əleyhinə cinayəti, müharibə cinayətini və uşaq qətllərini görsünlər.”

Sionist rejimin ölüm vaxtının yetişdiyini bildirən Prezident əlavə edib: “Qərblilər çox cəhd etdilər ki, İranı Fələstini və İslam İnqilabı ideallarını müdafiə etməkdən çəkindirsinlər, hərbi müharibə, iqtisadi blokada və sanksiyalarla, dəfələrlə mesaj verməklə Fələstini müdafiə etməyi dayandırmağı istədilər, lakin bu gün İslam İnqilabının qələbəsindən 45 il keçdiyi bir vaxtda, İslam Respublikasının və bizim uzaqgörən İmamımız və Rəhbərimizin haqlı olması sübuta yetdi ki, buyurdu: Fələstin İslam dünyasının ilk məsələsidir və Qüds azad edilməlidir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .