Vermont ştatının müstəqil senatoru Berni Sanders deyib: “İsrailin bombalaması nəticəsində Qəzzanın viran olması müasir tarixdə görünməmiş bir hadisədir.”
O, əlavə edib: “Qəzzada 1 milyon 700 min insan evlərini tərk edib və sabah hara gedəcəklərini bilmirlər. Qəzzada on minlərlə uşaq da aclıq təhlükəsi altındadır.”
Senator qeyd edib ki, İsrail 28 mindən çox fələstinlini öldürüb, əksəriyyəti qadın və uşaq olmaqla 62 mindən çox insanı yaralayıb və bu, inanılmazdır.
“Benyamin Netanyahu Rəfahda hərbi əməliyyata başlayacağını deyir. Bu isə 1,4 milyon insanın yenidən qaçmaq məcburiyyətində qalması deməkdir” - deyə, o, bildirib.
Sizin rəyiniz